Sayğac oğrusuna cəza verilib - VİDEO
    • 2-05-2021, 14:35
    • 346

Sayğac oğrusuna cəza verilib - VİDEO

“Azəriqaz” İstehsalat Birliyinin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.

“Azəriqaz” İB-dən News24.az-a bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb. O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.