"KamAZ" yol kənarına aşıb, iki nəfər xəsarət alıb
    • 2-05-2021, 15:17
    • 402

"KamAZ" yol kənarına aşıb, iki nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində ”КамАЗ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

News24.az FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.