Qubada maşın dərəyə aşdı - ÖLƏN VAR
    • 29-05-2020, 10:26
    • 677

Qubada maşın dərəyə aşdı - ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonunun Ördüc kəndi ərazisində “UAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

News24.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.