90 yaşlı cütlük koronavirusa QALİB GƏLDİ
    • 3-05-2021, 18:31
    • 467

90 yaşlı cütlük koronavirusa QALİB GƏLDİ

Türkiyənin Osmaniye şəhərinin Düziçi bölgəsində yaşayan 92 yaşlı Mahmut İslah və 90 yaşlı həyat yoldaşı Hüsne İslah koronavirusa yoluxub.

News24.az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, yaşlı cütlük diabet, astma, osteoporoz və alzheimer xəstəliklərinə baxmayaraq virusa qalib gəliblər. 

10 günlük karantin müddətindən sonra yenidən test verən cütlüyün nəticəsi neqativ olub. 

Yaşlı cütlük xəstəliyi yüngül keçirdiklərini, dərmanları vaxtında qəbul etdiklərini açıqlayıblar.