-
- 2-11-2018, 17:29
- 956
İnsan beyni yeyənlərin yoluxduğu xəstəlik... - Tibbin ən maraqlı 8 FAKTI
Tibb tarixində bir sıra maraqlı və ağılasığmaz hadisələr yaşanır. Qeydə alınan faktlar arasında "mümkün deyil” deyib, təəccüblənəcəyiniz faktlar var.
Onlardan bir neçəsini təqdim edirik:
1. Tibb tarixində ilk dəfə eyni vaxtda bir neçə orqan köçürülən şəxs Koburq sakini olub. Nadir xəstəlik hesab olunan meqasisto sindromundan əziyyət çəkən 6 aylıq körpəyə eyni vaxtda qaraciyər, bağırsaq, mədə, mədəaltı vəz köçürülüb. Bu xəstəlik Yeni Qvineyada məskunlaşan Kannibal qəbilə sakinləri arasında yayılır. Buna səbəb isə onların insan beyni yeməsidir.
2. İlk dəfə 1983-cü ildə ABŞ-da ana ölümündən sonra körpənin doğum faktı qeydə alınıb. Ananın qəfil ölüm keçirməsi səbəbindən bətnində olan körpə təxminən 3 ay süni şəkildə orada saxlanılıb. Sonradan isə süni doğuş vasitəsilə həyata gətirilib.
3. Tibb tarixində ən uzun sürən hamiləlik 25 il olmaqla 54 yaşlı qadında qeydə alınıb. 1961-ci ildə həmin qadının bətnində olan 1 kq 300 qr sərt kütləyə çevrilmiş uşaq əməliyyat yolu ilə kənarlaşdırılıb. Belə ki, qadının doğum sancıları hələ 1936-cı ildə başlayıbmış.
4. İndiyə kimi ən yüksək temperatur Atlantadan olan Villi Concda qeydə alınıb. 1980-ci ildə adı çəkilən şəxsin hərarəti 46,7 0С-dək qalxıb. Bununla yanaşı o, ürək tutması da yaşayıb. 24 sutka sonra isə onu xəstəxanadan evə buraxıblar.
5. Öd kisəsində çox sayda daş 2002-ci ildə Rumınyada qeydə alınıb. 831 ədəd olmaqla bu say rekord göstərici hesab olunur.
6. 42 yaşlı qadının mədə nahiyyəsində olan yüngül ağrılar onu həkimə gəlməyə məcbur edib. Həkimlərsə gördüklərindən şoka düşüblər. Belə ki, qadının mədəsindən nə az - nə çox, düz 2533 ədəd sancaq çıxıb.
7. Ən uzun müddətli əməliyyat 96 saat olmaqla kistlərin çıxarılması əməliyyatı olub. Belə ki, əməliyyatdan öncə 280 kq olan xəstənin çəkisi kistlər çıxarıldıqdan sonra 140 kq-a düşüb.
8. Ən uzun müddətli ürək dayanması Norveç sakini olan bir balıqçıda yaşanıb. Belə ki, qışda suya düşən həmin şəxsin bədəni 24 0С-dək soyuyub. Onu tapdıqdan sonra süni qan dövranı aparatına qoşaraq xilas ediblər.
//Medicina.az