Yevlaxda ruhi xəstə özünü maşının önünə atdı
    • 4-05-2021, 14:17
    • 391

Yevlaxda ruhi xəstə özünü maşının önünə atdı

Bakı-Qazax avtomobil yolunda piyadanı avtomobil vurub.
Hadisə yolun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, ruhi xəstə olduğu bildirilən orta yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir) özünü "Ford" markalı avtomobilin önünə atıb. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır. /Report/