Hindistanın G7-dəki nümayəndə heyəti özünü təcrid etdi
    • 5-05-2021, 13:01
    • 412

Hindistanın G7-dəki nümayəndə heyəti özünü təcrid etdi

İngiltərədə G7 ölkələrinin Xarici İşlər Nazirləri görüşündə qonaq olaraq iştirak edən Hindistan nümayəndə heyətindən iki nəfərin koronavirusa yoluxdu bəlli olub.

News24.az
"Sky News"a istinadən xəbər verir ki, nəticədə nümayəndə heyəti özünütəcrid rejiminə keçib. 

Eyni zamanda, İngiltərənin peyvənd məsələləri üzrə naziri Nadim Zahavi Hindistan nümayəndə heyətinin özünü təcrid etməsindən və onlardan neçəsinin karantinə alındığından xəbərsiz olduğunu açıqlayıb. 

Qeyd edək ki, ötən gün İngiltərə Daxili İşlər Naziri Priti Patel Hindistan Xarici İşlər naziri Subramanyam Jaişankar ilə görüşüb.

Hindistan təmsilçisinin test nəticəsi mənfi olduğu üçün ingiltərəli nazir özünü təcrid etməyəcək.