"Kaş ki, qəbrində ağlamağa yox səninlə zarafat edib gülməyə gələrdim" - NİYAM SALAMİ - VİDEO
    • 5-05-2021, 14:03
    • 417

"Kaş ki, qəbrində ağlamağa yox səninlə zarafat edib gülməyə gələrdim" - NİYAM SALAMİ - VİDEO

Ötən gün dünyasını dəyişən müğənni Aslan Hüseynov ölümü hər kəsi məyus edib.

News24.az xəbər verir ki, Niyam Salami "Instagram" hesabında həmkarının ölümündən yazıb: "Gecə danışmısan mənimlə. Telefonda həm ağlamışıq həm güldürmüşəm ki, sənin fikrini dağıdım. Cünki ana ağrısını mən də çəkirəm. Gəlirəm, yoldayam, kaş ki, sənin qəbrində ağlamağa yox səninlə zarafat edib gülməyə gələrdim. Allah günahlarımızı bağışlasın".