4 ayda 845 terrorçu zərərsizləşdirildi
    • 2-05-2024, 13:10
    • 144

4 ayda 845 terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən məlumatlandırma toplantısında terrorla mübarizə ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində  yanvarın 1-dən isə ümumilikdə 845 terrorçu zərərsizləşdirilib. 376-sı İraqın şimalında, 469-u isə Suriyanın şimalında olub.

Son bir həftədə 2 min 264 şübhəlinin sərhədi keçməsinin qarşısı alınıb

Sərhəd təhlükəsizliyi ilə bağlı aşağıdakı məlumatlar paylaşılıb:

Son bir həftədə 9-u terror təşkilatı üzvü olmaqla ümumilikdə 364 şübhəli qeyri-qanuni yoldan keçməyə cəhd edərkən yaxalanıb. 2 min 264 şübhəli sərhədi keçmədən qarşısı alınıb.

Beləliklə, yanvarın 1-dən etibarən sərhədlərimizi qanunsuz keçməyə cəhd edənlərin sayı 3 min 133-ə yüksəlib. Sərhədi keçmədən bloklananların sayı 50 min 860-a çatıb.

Son bir həftə ərzində keçirilən əməliyyatlar zamanı 40 kiloqramdan çox narkotik vasitə (Metamfetamin) müsadirə edilib.

Günel Məlikzadə