“Kəskin karantinə getmədən yoluxmanın qarşısını ala bilirik” - QARAYEVA
    • 6-05-2021, 12:10
    • 478

“Kəskin karantinə getmədən yoluxmanın qarşısını ala bilirik” - QARAYEVA

"Dünya statistikasına nəzər salsaq yoluxanlar 155 milyon, həyatını itirənlər isə 3 milyondan çoxdur. Gündəlik olaraq 8 yüz mindən çox yoluxmalar dünyada qeydə alınır. Dünyada ən çox yoluxanlar ABŞ, Braziliya və Hindistandır. Hindistanda hər gün yeni yoluxma və ölüm saylarında rekordlar qırılır".

News24.az-ın məlumatına görə, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, mutasiyalar viruslara xas xüsusiyyətdir: "Azərbaycanda Britaniya ştammından başqa yeni mutasiya növü yoxdur. Bu gün yeni yoluxma 1080, sağalanlar 2074 olub. Bu isə müsbət dinamikanın olmasını göstərir. 10 minə yaxın test edildiyini qeyd etməliyik. Ən çox yeni yoluxmalar olan noyabr, dekabr aylarında pozitiv nəticələr 30 faizə çatmışdı. Karantin rejimindən sonra isə kəskin azalmağa başladı. Yoluxmaların sayı artsa belə maksimum çatdığımız rəqəmlər 2 min, 2 min beş yüz oldu. Bu gün biz müəyyən məhdudiyyətlər saxlayaraq, yoluxma sayında enmə müşahidə edildiyini deyə bilərik  Bu isə çox yaxşı nəticədir. Epidemioloji vəziyyət nəzarətdə saxlanılır".

TƏBİB sədri qeyd edib ki, ən çox yoluxma sayı 30-59 yaş arası dəyişir: "Bakıda 54 faiz , rayonlarda isə dəyişiklik yoxdu. Binəqədi və Xətai rayonlarında isə yoluxma yüksəkdir. Ancaq gəlin unutmaya qki, yoluxmaların sayının azalması karantin və sosial izolyasiya tədbirlərinə əməl etməyinizin nəticəsidir. Bu gün kəskin karantin rejiminə getmədən, sadəcə həyatımızdakı sosial aktivliyi nəzarətdə saxlamaqla yoluxmanın kəskin artmasının qarşısını ala bilirik". 

O bildirib ki, Bakı şəhəri 54 faiz yoluxma ilə ölkə üzrə liderdir: “Rayonlarımızda isə ciddi dəyişiklik yoxdur”.