Arif Quliyev "Qurd qapısı"nda DƏFN OLUNACAQ
    • 7-05-2021, 12:04
    • 634

Arif Quliyev "Qurd qapısı"nda DƏFN OLUNACAQ

70 yaşında koronavirusdan vəfat edən Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer bəlli olub.

Bu barədə News24.az-a Xalq artistinin qızı Günel Quliyeva məlumat verib. O bildirib ki, Arif Quliyev "Qurd qapısı" qəbiristanlığın datorpağa tapşısılacaq. 

G.Quliyeveva atasının itkisi ilə barışa bilmədiyini deyib: “Sonuncu dəfə atamla görüntülü danışdıq. Məsə söz verdi ki, sağalacam, nəvəmin toyunu özüm edəcəm. Sözünü tutmadı. Məni tək qoydu. Sağalacağına inanırdı. Səhhəti yol vermədi, orqanları dözmədi, beyni tab gətirmədi. Çox ağırdır.  Arada bir az yaxşılaşmışdı, amma dünən günortadan sonra vəziyyəti çox ağırlaşdı. Bu da Arif Quliyevin sonu”. 

Sevda Bayramova