Alman vətəndaşına qarşı dələduzluq edən azərbaycanlıya hökm oxundu
    • 30-10-2018, 17:00
    • 1 269

Alman vətəndaşına qarşı dələduzluq edən azərbaycanlıya hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məhkəmənin sonunda hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Ə.Yusifov məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror bildirib ki, zərərçəkmişə dəymiş 6 milyon 540 min manatdan 3 milyon 270 min manat ödənilib. O, Ə.Yusifovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə QKSSS Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasın 6 milyon 540 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

//Report