Xalq artistinin həyat yoldaşı ona şiddət göstərir? – DÖYÜR, SÖYÜR...- VİDEO
    • 8-05-2021, 12:54
    • 551

Xalq artistinin həyat yoldaşı ona şiddət göstərir? – DÖYÜR, SÖYÜR...- VİDEO

Xalq artisti Naibə Allahverdiyeva ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində qonaq olub.

News24.az xəbər verir ki, aktrisanın proqramda etdiyi açıqlaması diqqət çəkib: "Heç kim istəməz ailəsi dağılısn. Amma bir dəfə qalxan əl daha çox qalxacaq. Dünyagörmüş insanlarıq, ətrafımızda olub, başımıza da gəlib. Ailə dağıtmaq üçün bu sözləri demirəm. Amma bəzən bu ölümlərlə bitir. Bilirəm, kişilərin şirin dili var. Elə sözlər deyirlər ki, fikirləşirsən dəyişəcək. Fakt şahidi olmuşam, dəyişmir. Bunu yaşamışam, çox dil tökür. Amma sonra əvvəl etdiyindən artığını edir. Kişi qadını əzizləməlidir. Şərt deyil ki, gül, hədiyyə alsın. Ömrümün yarısını yaşamışam, döyür, söyür. Sonra gəlir diz çökür: səni xanım edəcəm, başına dolanacam, nökərin, qulun olacam. Hamısı yalandır".