-
- 29-05-2020, 11:36
- 1 030
"Bacılarım 15-20 il sillə və təhqirlərə dözüblər" - BRİLLİANT DADAŞOVA NƏLƏR DANIŞDI
"Baxmayaraq ki, biz 21-ci əsrdə yaşayırıq, amma hələ də bizdə ailədə boşanma olanda qadınlarımız qınanılır. Bəylərə baxıb deyirlər ki, çox mədəni insandır, onun xanımına əl qaldırması heç kimin ağlına gələ bilməz. Amma xanımlar buna dözürlər. Bir, beş, on ildən sonra artıq qaçıb gedirlər və nəticədə günahkar yenə də xanımlar olur".
News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "ARB Televiziyası"nda yayımlanan "Elgizlə izlə" verilişində deyib.
Dadaşova bildirib ki, qadın şiddətə dözməməlidir: "Məsələn, mənim bacılarım 15-20 il sillələrə, təhqirlərə dözüblər. Özü də biz tanınmış ailə olduğumuza görə çox qınanılırıq. Heç bir qıza boşanmağı arzu etmirəm".
Sevda Bayramova