Vilayət Eyvazov Heydər Əliyevin məzarını ziyarət etdi
    • 10-05-2021, 13:00
    • 783

Vilayət Eyvazov Heydər Əliyevin məzarını ziyarət etdi

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Bu barədə News24.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.