“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq” - Direktor
    • 19-11-2019, 16:47
    • 1 090

“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq” - Direktor

“Babəkin heykəlinin hazırlanmasına başlanılıb”.

News24.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov deyib.
Onun sözlərinə görə, heykəlin 8-12 ay müddətinə hazırlanması nəzərdə tutulur: “Artıq lazım olan bürünc material əldə olunub və istehsalat prosesinə başlanılıb. Lakin heykəlin istehsalı heç də asan başa gələn proses deyil, ona görə də müddətin bu qədər uzun olması təbiidir”.

Direktor heykəlin hündürlüyü məsələsinə də toxunub. O qeyd edib ki, heykəlin yerdən başına qədər olan hissəsinin hündürlüyü 10, qılıncına qədər olan hissəsinin isə hündürlüyü 12 metr olacaq.

“Çox ağır və möhtəşəm abidə olacaq. Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”, - deyə B. Hüseynov vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.