Gəncədə “F-1” qumbarası və avtomat tapıldı
    • 13-05-2021, 11:41
    • 502

Gəncədə “F-1” qumbarası və avtomat tapıldı

Gəncə şəhəri ərazisində silah sursat tapılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində 1 ədəd nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 6 ədəd patron, 1 ədəd “UZRQM” alışdırıcısı və “F-1” qumbarası tapılıb.