Bank hesablarından oğurluq edən şəxs saxlanıldı
    • 13-05-2021, 11:15
    • 366

Bank hesablarından oğurluq edən şəxs saxlanıldı

Bakıda banl hesablarından oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 6 nəfərin bank hesablarından ümumilikdə 2352 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfli müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.