İstefada olan general-polkovnik Tofiq Ağahüseynov vəfat etdi
    • 13-05-2021, 13:40
    • 377

İstefada olan general-polkovnik Tofiq Ağahüseynov vəfat etdi

Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.