Kriştiano Ronaldo Messi ilə eyni səviyyədə qaldığını deyib
    • 31-10-2018, 12:15
    • 1 314

Kriştiano Ronaldo Messi ilə eyni səviyyədə qaldığını deyib

“Qızıl top” mükafatına namizəd olan Kriştiano Ronaldo “France Football” nəşrinə açıqlama verib.

Açıqlamasında “Yuventus”un ulduzu mükafatı qazanmaq şanslarından danışıb: “Bu mükafatı mütləq şəkildə qazanmaq üçün köklənməmişən. Belə bir fikrim yoxdur. Onsuz da futbol tarixinin ən yaxşılarından biri olduğumu bilirəm. Təbii ki, qazansam, yaxşı olardı. Məncə, bunu haqq edirəm. Rəqiblərimdən Salah, Modriç, Varan, Qrizmann, Mbappe olacaqlar. Fransızlar çoxdur, çünki dünya çempionu olublar”.
33 yaşlı ulduz futbolçu uzun illər rəqabətdə olduğu Lionel Messi barədə də danışıb: “Mənim yaşımda böyük klubdan digər böyük kluba bu məbləğə transfer olan futbolçu yoxdur. Mənimlə yaş olan futbolçular Çinə, BƏƏ-yə, Hindistan, ABŞ və digər ölkələrə gedirlər. Sadəcə, mənimlə Messi 10 ildir ki, eyni səviyyədə qalırıq. Fərqli idmançı və fərqli xarakterə sahib olan şəxs olduğum üçün özümlə qürur duyuram”.