Azərbaycanda 509 yeni yoluxma
    • 13-05-2021, 20:04
    • 445

Azərbaycanda 509 yeni yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1 427nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.