Azərbaycanda 377 nəfər koronavirusa YOLUXDU
    • 15-05-2021, 16:35
    • 485

Azərbaycanda 377 nəfər koronavirusa YOLUXDU

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.