Futbolçu ölümündən sonra qol vurdu - VİDEO
    • 14-07-2018, 13:08
    • 1 438

Futbolçu ölümündən sonra qol vurdu - VİDEO

Venesuelanın gənclərdən ibarət yığma futbol komandasının üzvü Keduin İndriaqo ölümündən sonra qapıya qol vurub. 

News24.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onun üzv olduğu "Livramento" futbol komandasındakı yoldaşları dəfn mərasimində belə bir məqamla futbolçuyla vidalaşmaq istəyiblər.

Belə ki, avtomobil qəzasında həlak olmuş  futbolçunun tabutu futbol meydanına gətirilərək qapı önünə qoyulub. Dostlarından biri topu tabuta yönəldib, top tabuta dəyərək qapıdan keşib. Bu yaddaqalan vida mərasimi ilə də onlar Keduinin adını dünyaya eşitdiriblər.

İlhamə