Bu gün "Eurovision"un ikinci YARIMFİNALIDIR
    • 20-05-2021, 10:31
    • 487

Bu gün "Eurovision"un ikinci YARIMFİNALIDIR

Bu gün "Eurovision 2021" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

News24.az xəbər verir ki, 17 ölkənin təmsilçisi Rotterdamda öz şousunu nümayiş etdirəcək. Onlar arasında San -Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstrya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka yer alıb.

İslandiya təmsilçisi "Daði og Gagnamagnið" qrupu canlı çıxış etməyəcək. Buna səbəb qrup üzvlərinin koronavirusa yoluxmasıdır. Yarışmada ölkəsini "Think about things" mahnısı ilə təmsil edən qrupun ikinci yarımfinalda məşq görüntüləri yayımlanacaq.