Zakir Həsənov və Viktor Xrenin “Polonez” raketlərinə baxış keçirdi - FOTO - VİDEO
    • 20-05-2021, 11:55
    • 318

Zakir Həsənov və Viktor Xrenin “Polonez” raketlərinə baxış keçirdi - FOTO - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin “Polonez” əməliyyat-taktiki raket komplekslərinin yerləşdiyi hərbi hissəni ziyarət ediblər.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirlərinə qoşun xidməti, hərbi hissənin döyüş hazırlığı və qarşıya qoyulan tapşırıqların icrası barədə ətraflı məruzə olunub. Hərbi hissə və şəxsi heyətin yüksək sosial məişət şəraiti ilə bağlı məlumat verildikdən sonra nazirlər burada yaradılan hərbi infrastrukturla tanış olub. Qərargah binası, əsgər yataqxanası, yeməkxanaya baxış keçirilib.

Sonda müdafiə nazirləri “Polonez” əməliyyat-taktiki raket komplekslərinin saxlandığı park, döyüş raketlərinin saxlandığı anbar və texniki xidmət mərkəzində olub.