-
- 31-10-2018, 17:52
- 800
Sabahdan Bakı funikulyoru istifadəyə veriləcək
Bakı Funikulyorunda aparılan təmir işləri başa çatıb.
Funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də paytaxt sakinlərinin istifadəsinə veriləcək.
Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, Əməkdar Mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı Funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.
//Report