Astara gömrük postunda 244 kiloqramdan artıq heroin aşkarlandı
    • 20-05-2021, 16:06
    • 356

Astara gömrük postunda 244 kiloqramdan artıq heroin aşkarlandı

"Azərbaycanın gömrük orqanlarının əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçiriblər".

News24.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

“Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, - deyə o, qeyd edib.