Bu restoranlar cərimələndi - TAM SİYAHI
    • 21-05-2021, 17:23
    • 710

Bu restoranlar cərimələndi - TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 423 ictimai iaşə obyektində 731 monitorinq keçirib.

AQTA-dan News24.az-a verilən məlumata görə, monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu‎, Azadlıq pr., ev 7m ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Nəsimi rayonu‎, Azadlıq pr., ev 86 ünvanında yerləşən, hüquqi şəxs "Melevan" MMC-yə məxsus kafe;

3. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Pənahova Rəna Hacıağa qızına məxsus kafe;

4. Bakı şəhəri, Yasamal ‎rayonu, Xəlilov küçəsi ilə M. H. Şəhriyar küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Surəyyaya məxsus kafe;

5. Bakı şəhəri, Binəqədi ‎rayonu, Mir Cəlal küçəsi 63A ünvanında yerləşən, fiziki şəxs Sanıyev Əli Nadir oğluna məxsus kafe;

6. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küçəsi 31/33 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Heybət Musa oğluna məxsus çay evi;

7. Bakı şəhəri, Nəsimi rayonu‎, Cəlal küçəsi 18 ünvanında yerləşən, fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus “Köhnə Ciyərxana” kafesi;

8. Bakı şəhəri, Nərimanov ‎rayonu, A. M. Cümə küçəsində yerləşən, fiziki şəxs Quliyev Tahir Maxsud oğluna məxsus “Osmanlı” restoranı;

9. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mehbaliyev Rövşən Pəhlivan oğluna məxsus dönər evi;

10. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Əhmədli Vətən Feyzulla oğluna məxsus restoran;

11. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Məmmədov Rafiq Nəzir oğluna məxsus çay evi;

12. Qazax rayonu, Xanlıqlar kəndində yerləşən, fiziki şəxs Əliyev Namiq Əsəd oğluna məxsus restoran;

13. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Şükürov Müseyib Bəkir oğluna məxsus çay evi;

14. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Siyavuş Qədim oğluna məxsus kafe;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.