Gəncədə zəncirvari qəza:  xəsarət alan var
    • 21-05-2021, 19:32
    • 651

Gəncədə zəncirvari qəza: xəsarət alan var

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Hadisə Nizami Gəncəvi prospektində, 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
"VAZ-2107", "Daewoo" və "KIA" markalı avtomobillərin iştirakı ilə nəticələnən zəncirvari yol qəzasında 1992-ci il təvəllüdlü Ləman Cəlilova xəsarət alıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.