Gəncədə ana və azyaşlı övladı yol qəzasında xəsarət alıb
    • 6-02-2021, 10:30
    • 602

Gəncədə ana və azyaşlı övladı yol qəzasında xəsarət alıb

Gəncə şəhərində yol qəzası baş verib.

News24.az Reporta istinadən xəbər verir ki, hadisə Fikrət Əmirov parkı yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Oğuz rayon sakini, 1980-ci il təvəllüdlü Elnarə Rəsulova və onun azyaşlı övladı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti normal, qadının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.