-
- 22-05-2021, 10:41
- 531
Qarabağda "Qırmızı kitab"a düşən növlərə dəymiş ziyan müəyyənləşdirilir
İşğaldan azad edilmiş ərazilərdə fauna və floraya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlanılıb.
Bunu News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları 30 il işğalda olduğu müddətdə fauna və floraya ciddi ziyan dəyib: "Hətta işğal dövründə "Qırmızı kitab"a düşmüş növlərə də ciddi ziyan dəyib. Çoxillik ağaclar yandırılıb, kökləri məhv edilib, heyvanların yaşayış yeri olan meşələrə qarşı ekoloji terror törədilib. Hazırda bu məsələlər araşdırılır".
Bunu News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.