-
- 1-11-2018, 11:34
- 729
Həyat eşqi ilə yaşayan uşaqların mübarizəsi - FOTO
Dəhlizboyu divarlardan asılmış nağıl və cizgi filmi qəhrəmanlarının hər biri onların sevimliləridir. Lakin bu palataların kiçik sakinləri özlərinin bir qəhrəman olmasından xəbərsizdir. Çünki hər biri leykemiya ilə mübarizə apararaq əsl qəhrəmanlıq nümayiş etdirir.
Bura Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda leykemiyadan müalicə alan uşaqların palatasıdır.
Nə qədər şən görünməyə çalışsam da, əllərinin üstü dəlik-dəlik olmuş uşaqları görən zaman içimdə kədər qarışıq bir üsyan vardı. Axı bu mələk üzlü uşaqların yaşıdları ilə şən və qayğısız oynayan vaxtıdır. Hər şeyə rəğmən həyatla doludurlar.
Çətinliklə də olsa da, gözlərində işıq parlayan 16 uşağın olduğu palatalara daxil oluruq.
İlk olaraq palatada uzanmış həmsöhbətim 10 yaşlı leykozdan əziyyət çəkən Fateh Sadıqov ilə söhbətləşirik.
Fateh deyir ki, arzusu sağalıb, dostları ilə futbol oynamaqdır:
“Mən xəstəxanaya gələn zaman həkimdən ilk olaraq, nə zaman saçlarımın töküləcəyini soruşmuşdum. Çünki televiziyada bu xəstəliklə bağlı nümayişlərə baxanda diqqətimi hər zaman saçları tökülən yaşıdlarım çəkirdi.
İndi əllərimin üstündəki dəliklərin sağalmasın, saçlarımın olmasın arzulayıram. Kəndəki evimiz, sinif yoldaşlarımla futbol oynamaq üçün darıxmışam”.
“Aqressiv müalicə”
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Uşaq bölməsinin rəhbəri Eldar Babayevin sözlərinə görə, leykozlu xəstələrdən ilk növbədə analiz götürülür və bu xəstəlik özünü müxtəlif əlamətlərlə büruzə verir:
“Uşaqlarda temperatur durmadan yüksəlir, yemək istəmirlər, bədəndə halsızlıq olur, sümükləri ağrımağa başlayır. Bu zaman bu xəstəlik özünü büruzə verir. Xəstəliklə mübarizə üçün qanın, sümük iliyinin müayinəsinə başlanır. Diaqnoz təsdiqlənir və müalicəyə başlanır. Xəstəxanada onlar 36 gün müalicə alır, amma orqanizmin reaksiyasına uyğun kursun müddəti artıb, azala bilər.
Müalicə müddəti iki il davam edir. Xəstəlik qorxulu, aqressivdir. Bəzən aqressiv müalicə deyən zaman valideynlər təəccüblə qarşılayırlar. Mən onlara izah edirəm ki, bu xəstəliyə qarşı daha güclü aqressiv müalicə aparmasaq, ona qalib gələ bilmərik”.
Palatalara baş çəkib azyaşlılarla maraqlanan həkim deyir ki, uşaqlarla işləmək çətindir, amma onlar möcüzəyə daha çox inanırlar:
“Bəzən elə olur ki, bir müayinə üçün dəqiqələrlə gözləyirik. Qırx ildir ki, mən uşaqlarla işləyirəm. Çox həssasdırlar. Uşaqlar həkimin qayğısını, sevgisini görən zaman onların həyat eşqi daha da artır. Bəzən bizdə ağır xəstələr olur.
Kimsə onlara ümidsiz baxan zaman deyirəm ki, o uşağın gözündəki həyat eşqini, qığılcımı görürsənmi? Mübarizəmizi aparırıq və çox vaxt uğur qazanırıq. Təsəvvür edin ki, 10-15 il bundan öncə Azərbaycanda kəskin leykoz diaqnozu xəstələrinin heç biri sağalmırdı. İndi yeni proqram müalicələri tətbiq olunur. Bizdə kəskin diaqnozdan sağalan xəstələrin sayı 58 faiz təşkil edir”.
Öyrəndik ki, bu xəstəlikdə yaş məhdudiyyəti yoxdur.
Həmsöhbətim Eldar Babayevin sözlərinə görə, təcrübəyə əsasən altı aylıq körpədən tutmuş, istənilən yaşadək olan uşaqlarda müşahidə edilən xəstəlikdir və bəzi statistik rəqəmlərə görə, bu xəstəlikdə 7-9 yaş arası uşaqlar daha çox əziyyət çəkir.
Ana arzusu: “Balamın gələn ad gününü evdə keçirmək istəyirik”
Xudadadov Amilin anası Həqiqət xanım deyir ki, uşağın ad gününü burada qeyd ediblər:
“Bütün günü uzanırdı, yemirdi. Əvvəlcə, sadəcə soyuqlamasını düşündük. Sonra gördük ki, uşaq ayağını yerə basmaq istəmir. Həkimə apardıq. Analizin cavabları çıxan zaman həkim anama deyib ki, uşaq leykozdur.
İlk vaxt məndən gizlətdilər, amma daha sonra mənə də dedilər. Səkkiz gündür xəstəxanada müalicə alırıq. Bir neçə gün öncə uşağımın ad günü idi. Oğlumun növbəti illərdə ad gününü bizimlə bərabər, evimizdə qeyd edəcəyimizə inanıram”.
Eldar Babayev deyir ki, uşaqların saçlarının tökülməsi kimyəvi dərmanların orqanizmə göstərdiyi təsirlə bağlıdır:
“Bu təsir ürəyin, qaraciyərin zədələnməsində olur. Onu ancaq həkimlər görür. Saçın tökülməsi isə kənardan görünür. Bir- iki yaşında olan uşaq saçının tökülməsini anlamayacaq. Amma özünü anlayan daha böyük yaşlı uşaqlar buna emosional reaksiya verirlər. Onlara izah edirik ki, saçın yenidən bərpa olunacaq”.
Uşaq bölməsinin rəhbəri qeyd edib ki, uşaqların valideynləri donor kimi qohumlarını gətirirlər:
“Onlar könüllü olaraq qan verirlər. Qan uyğun gəlmədikdə isə çeklə birgə Mərkəzi Qan Bankına yollanır, əvəzində uşaqlara uyğun gələn qanı alırıq. Sözsüz ki, valideynlərə də psixoloji yardım göstərilir. Onlar çox gərgin olurlar.
Onlara ehtiyac olan zaman psixoloji yardım edilir. Bizim yüzlərlə sağalmış xəstəmiz var. Ümidsiz valideynlərə onların sağalmasından danışırıq və inamları artır. Bu xəstəliyin yaranmasında stress amilinin rolu böyükdür. Amma qan xərçənginin dəqiq mənbəyi hələ ki, tibbə bəlli deyil”.
Xəstəlikdən əziyyət çəkən Məhərrəmli İmaməlinin anası ilə söhbətləşirik. Oğlunun baş ucunda duran ana deyir ki, uşağının halsız, temperaturunun durmadan yüksəlməsindən sonra həkimə müraciət ediblər və bu xəstəlikdən xəbər tutublar:
“Yerimək istəmədi, yemək yemədi və həkimə gətirdik. Səkkiz gündür burdayıq. Uşağımın yaşı az olduğu üçün başa sala bilmirəm ki, qorxma. Gecələr narahat yatır. Uşağımın sağalacağına ümidlərim böyükdür. Oğlumla birlikdə bu çətinliyə qalib gələcəyimizə inanırıq”.
Leykemiyaya qalib gələnlər
Palatalara baş çəkib uşaqlarla söhbətləşdikcə, onların maraqlı nəzərlərlə baxışlarında ümid görmək olardı. Bu balacalar arasında özünü fotoqraf kimi sınamaq istəyən də oldu. Əli ilə fotoobyektivə işarə edib fotoqrafımız Ramil Zeynalovun fotoaparatına maraqla baxmağa başladı və onun köməyi ilə foto çəkməyin sevincini yaşadı.
Elmi işçi Afaq Əhmədova deyir ki, uşaqların xəstəliyin hansı mərhələsindən asılı olaraq, onlara kimyaterapiya edilir:
“Qan nümunəsi nəzərə alınaraq, kimyaterapiya aparılır. Bəzi xəstələrə hər həftə kimyaterapiya edilir, bu müddətdə elə uşaqlar olur ki, halı pisləşir. O zaman fasilə vermək məcburiyyətində qalırıq”.
Eldar Babayevlə söhbətdə öyrəndim ki, əvvəlki illərdə müalicə alıb sağlamlığına qovuşmuş uşaqlar vaxtilə müalicə aldığı palatalarda yatan balacaları unutmurlar:
“Bir də görürsən, qapı qəfildən döyülür. İçəri vaxtilə burda müalicə alıb sağalmış uşaqlar gəlir. Artıq böyüyüb boya-başa çatıblar. Onların gəlişi müalicə alan balacalar və onların valideynləri üçün böyük inam və stimul olur.”
Qeyd edək ki, “Leykemiya İlə Mübarizə” İctimai Birliyi tərəfindən “Leykoz üçün Oxu” adlı lahiyə əsasında ərsəyə gəlmiş “Azərbaycan” mahnısının klip təqdimatı olacaq. Klipdə musiqini ifa edənlərin hər biri Leykemiya ilə Mübarizə İctimai Birliyinin könüllüləridir.
…İnanıram ki, gün gələcək, burada müalicə alan uşaqlar sağlamlığına qovuşacaq və bir çoxları üçün bu xəstəliklə mübarizədə qəhrəman olacaqlar.
//Oxu.az