İnternetlə qoxu ötürən qurğu yaradılıb
    • 1-11-2018, 11:55
    • 1 306

İnternetlə qoxu ötürən qurğu yaradılıb

Malyaziya beynəlxalq elmi tədqiqat laboratoriyasının əməkdaşları internet vasitəsilə qoxu ötürə bilən qurğu yaradıb. 

News24.az xəbər verir ki, eksperimentlərin burnuna "elektron iyləri" beyinə ötüən elektrodlar qurşadırıb

Alimlərin məqsədi onların hər birinin eyni qoxunu hiss etməsi olub.

Belə ki, kompüter tərəfindən yaradılan virtual iyləri eksperiment iştirakçılarının hər dörd nəfərdən biri hiss edib. Bundan başqa, insanlar öz hisslərini kifayət qədər yayğın şəkildə təsvir ediblər. Qoxular “meyvəli” və “şirin” olub

Layihə müəllifi Karun Karunanayaka bildirib ki, əksər iştirakçıların burnuna elektrodun yerləşdirilməsi xoş olmayıb. 31 nəfərin iştirak etdiyi sınaqlardan bəziləri  davam etdirməkdən imtina edib.

Alimlər istədikləri nəticəni ala bilməsələr də, bu barədə eksperimentlər davam edir.

Şəlalə Ağayeva