Xalq rəssamı Tahir Salahov I Fəxri Xiyabanda dəfn olundu - FOTO/VİDEO - YENİLƏNİB
    • 24-05-2021, 13:08
    • 610

Xalq rəssamı Tahir Salahov I Fəxri Xiyabanda dəfn olundu - FOTO/VİDEO - YENİLƏNİB

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub.

News24.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak ediblər.

12:48

Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir. 

News24.az-ın məlumatına görə, İçərişəhərdə yerləşən “Art Galleri”dəki mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Daha sonra Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq. Artıq mədəniyyət naziri Anar Kərimov da dəfn mərasimində iştirak etmək üçün I Fəxri Xiyabana gəlib. 

Xatırladaq ki, o, mayın 21-də Almaniyada, müalicə olunduğu xəstəxanada vəfat edib.

Sevda Bayramova
FOTO: Fərid Şabanov