-
- 26-04-2024, 17:11
- 314
Ərdoğan: Netanyahu Qəzzanın qəssabıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası Qüds Platformasının 5-ci Konfransında iştirak edib.
News24.az xəbər verir ki, Ərdoğanın buradakı çıxışından diqqət çəkən məqamlar bunlardır:
"Fələstində baş verənləri izləyirik. Qüdsün qədim kimliyi işğalçı İsrail tərəfindən addım-addım məhv edilir. Səlibçi zehniyyətinin gücləndiyini görürük. Heç bir güc Qüds sevgisini qəlbimizdən çıxara bilməz.
İndiki Hitler və nasistlər Qəzzada 15 min uşağı, 35 min insanı qətlə yetiriblər. Netanyahu adını biabırçı şəkildə tarixə “Qəzza qəssabı” kimi yazıb.
Bir daha Fələstin qəhrəmanlarına öz ehtiramımı bildirirəm. Oktyabrın 7-dən sonra baş verənləri təsvir etməyə sözlər artıq çatmır. Müasir dövrün fironlarını görmək istəyənlər fələstinliləri qətlə yetirənlərə baxsınlar.
İsrail administrasiyası bizi susdura biləcəyini düşünür. Buradan onlara bu həqiqəti bir daha xatırlatmaq istərdim. Nə edirsən et, Tayyib Ərdoğanın ürəyinə zəncir vura bilməzsən. Biz sizin təhdid və təzyiqlərinizə heç vaxt boyun əyməyəcəyik.
Biz öz münasibətini şəraitə, əsən küləyə görə müəyyən edən şirin su siyasətçilərindən deyilik. Biz kəfənlərimizi geyinib bu yola çıxdıq.
Biz Fələstin müqavimət döyüşçülərinə terrorçu damğasını vura bilmərik. Qoy kimsə narahat olsun".
Günel Məlikzadə