Azərbaycanda peyvənd olunanların sayı 2 milyona çatır
    • 24-05-2021, 19:14
    • 388

Azərbaycanda peyvənd olunanların sayı 2 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 987 084, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 398, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 852 686 təşkil edir.