Peyvənd olunanların sayı AÇIQLANDI
    • 11-05-2021, 17:18
    • 532

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 339 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 696 419 təşkil edir.