Azərbaycandan Türkiyəyə 6 ayda gedən xəstə sayı - 1 ayda azı 1000 nəfər
    • 1-11-2018, 12:42
    • 651

Azərbaycandan Türkiyəyə 6 ayda gedən xəstə sayı - 1 ayda azı 1000 nəfər

Türkiyə Səhiyyə Nazirliyi 2018-ci il üzrə tibbi turizmə dair statistikanı açıqlayıb.

İlin 6 aylıq dövrünü əhatə edən rəqəmlərə əsasən, bu il Türkiyəyə ən çox xəstə İraqdan (9 min 474) və Azərbaycandan (7 min 883) gedib.

Qonşu ölkəyə hər hansı səbəblə müvəqqəti gedən turistlər arasında isə həkimə müxtəlif səbəblərdən müraciət edənlər arasında azərbaycanlılar üstünlük təşkil edib. Onların sayı 11 min 673 nəfər təşkil edib0.

//Qafqazinfo