Sertifikatı olmayan bu obyektlər BAĞLANA BİLƏR - Operativ Qərargah
    • 25-05-2021, 13:18
    • 493

Sertifikatı olmayan bu obyektlər BAĞLANA BİLƏR - Operativ Qərargah

"Yoluxma risklərinin azaldılması məqsədilə idman və sağlamlıq bərpa müəssisələrində çalışan işçilərin vaksinasiya və ya immunitet sertifikatı olmalıdır. Bu tələb iyulun 1-dən tətbiq olunacaq. Bu müəssilərdə çalışan 80 faiz işçilərin immunitet və ya vaksinasiya sertikatı olmasa, həmin obyektlərə xəbərdarlıq ediləcək. Hətta onlar bağlanıla da bilər".

News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.

Prezidentin köməkçisi bildirib ki, bu qadağalar gələcəkdə konsert, teatr, toy və digər şənlik məkanlarına da aid ediləcək: "Bu xidmətlərdən istifadə etmək və ya çalışmaq istəyən şəxsləri təcili olaraq vaksinasiyadan keçməyə dəvət edirəm".