COVID pasportu və immunitet sertifikatı necə əldə olunacaq? - AÇIQLAMA
    • 25-05-2021, 13:10
    • 619

COVID pasportu və immunitet sertifikatı necə əldə olunacaq? - AÇIQLAMA

“Ölkəmizdə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan kediyini və vaksinasiya 18 yaşdan yuxarı hər kəsə şamil olunduğunu nəzərə alaraq, yeni sənəd – COVID pasport tədbiq olunur”. 

News24.az  xəbər verir ki, bu sözləri Nazirlər Kabinbeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O qeyd edib ki, COVID pasport iki sertifikatdan ibarət olan sənəddir: “Birinci sertifikat peyvəndləşmə sertifikatıdır. Yəni, iki dozanı alan şəxslərə  "E-gov" portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılacaq. Həmin sertifikata hər kəsin “e-TƏBİB” tətbiqi vasitəsi ilə də çıxış imkanı var. Həmçinin “E-gov” portalından çap edib kağız formasında da özündə saxlaya bilər. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Yəni, elektron yoxlanılma imkanına malikdir. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalan insanlara tətbiq olunur. Bilirsiniz ki, onlara müəyyən dövr ərzində peyvənd tətbir olunmur. Ona görə də immunitet pasportu da COVID pasportu kimi hesab olunur”.