İdman zallarında maskadan istifadə tələb olunmayacaq
    • 26-05-2021, 18:01
    • 612

İdman zallarında maskadan istifadə tələb olunmayacaq

Azərbaycanda 31 may saat 06:00-dan sonra fəaliyyətinə icazə veriləcək idman və sağlamlıq bərpa obyektlərində tibbi maskadan istifadə tələb olunmayacaq.

News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə biləcəklər.