Gəncədə kişi keçmiş həyat yoldaşını qətlə yetirdi - VİDEO
    • 26-05-2021, 19:20
    • 510

Gəncədə kişi keçmiş həyat yoldaşını qətlə yetirdi - VİDEO

Gəncədə qətl hadisəsi baş verib. 

Şəhərin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qeydə alınıb. Həmin ünvanda 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən Amanov Qafar Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. /APA/