-
- 1-12-2019, 12:34
- 1 426
Bakıda 2 nəfərə qarşı SİLAHLI QULDURLUQ
Bakıda silahlı quldurluq etmiş şəxs barəsində cinayət işi açılıb.
News24.az -ın məlumatına görə, A.Seyidov və C.Abuşbəyliyə hücum edərək onları hədələyərək quldurluq etmiş Elpərəst Yusifbəyli barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə cinayət işi açılıb.
Artıq iş üzrə ibtidai istintaq başa çatıb və materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə prosesi hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək.