Bakıda qardaç qardaşının nənəsinin gözü qarşısında ÖLDÜRDÜ
    • 27-05-2021, 16:34
    • 425

Bakıda qardaç qardaşının nənəsinin gözü qarşısında ÖLDÜRDÜ

14 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində Mirvaqif Məmmədzadənin bıçaqlanraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Binəqədi rayon prokurorluğunda istintaq aparılıb.

Binəqədi Rayon Prolurorluğundan News24.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Mirvaqif Məmmədzadəni nənəsinin gözləri qarşısında qəsdən öldürülüb. 

Mirhəbib Məmmədzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.