Abşeron dairəvi yolu xəttində qatarların sayı artırılacaq - CƏDVƏL
    • 27-05-2021, 18:55
    • 400

Abşeron dairəvi yolu xəttində qatarların sayı artırılacaq - CƏDVƏL

31 may tarixindən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən sürət qatarlarının sayı artırılacaq.

“Azərbaycan Dəmir Yollarə” QSC-dən News24.az-a verilən məlumata görə, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətinə 6605, 6607, 6609, 6611 nömrəli qatarlar əlavə edilib.

Məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqamətinə isə 6602, 6614, 6616, 6618 və 6626 nömrəli qatarlar əlavə edilib.