Koronavirusa yoluxan Ramiz Əzizbəylinin vəziyyəti AÇIQLANDI
    • 28-05-2021, 10:45
    • 883

Koronavirusa yoluxan Ramiz Əzizbəylinin vəziyyəti AÇIQLANDI

Koronavirusa yoluxaraq Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilən Xalq artisti Ramiz Əzizbəylinin onun səhhətindəki son vəziyyətdən danışıb. 

Xalq artistinin qızı Cəlalə Əzizbəyli News24.az-a açıqlamasında atasının səhhətindən danışıb: "Atamın səhhəti orta ağır qiymətləndirilir. Xəstəxanada palatadadır.  Artıq doqquz  gündür ki, koronavirusa yoluxub.  Xəstəxanadan nə zaman çıxacağı bəlli deyil. Yaşlı insandır və yanaşı xəstəlikləri də var. Həkimlər əllərindən gələni edirlər. Bacım da koronavirusa yoluxub. Atamla birlikdə xəstəxanadadır. Onun səhhəti yaxşıdır. Virusa ailəmizdə ilk olaraq atam yoluxmuşdu. Yəqin ki, evə gələnlərdən kimsə koronavirus xəstəsi imiş". 

Qeyd edək ki, Ramiz Əzizbəylinin 72 yaşı var.