Sıla döyülməsinə münasibət bildirdi
    • 1-11-2018, 19:07
    • 780

Sıla döyülməsinə münasibət bildirdi

Döyülmə xəbəri ilə Türkiyədə gündəm olan müğənni Sıla bununla bağlı fikir və hisslərini instagram hesabında paylaşıb.

Müğənni bunları yazıb: "Salam! Bəzən cümləyə başlamaq çətin ola bilər! Yəqin ki, ən yaxşısı birbaşa mövzuya girməkdir. Həyatımdakı insanın fiziki güc şiddətinə məruz qaldım. Fiziki zədə bir yana, bu, insanın qadın tərəfini darmadağın edən bir hadisə imiş. Həyatda müvəffəq olduğunuz yer, bacarıqlarınız, ya da yaratdıqlarınızın bir anda mənasız qaldığı dağıdıcı bir təcrübədir. Bu ölkədə bu vaxtadək nə qədər şiddət görmüş qadın varsa, gözlərinin gözlərinizə sataşdığı bir an imiş. Təəssüf ki, küçəyə çıxıb "Mən şiddətə məruz qaldım" deyə, bağırmağın asan olmadığını artıq bilirəm. Amma onu da bilirəm ki, mən də sussam, əvvəl özümə, sonra bu ölkənin qadınlarına, şiddətin əleyhinə olan insanlarına haqsızlıq etmiş olacam. Bu səbəbdən başıma gələn hadisəni gizlətməməyə qərar verdim. Qanunların mənə verdiyi haqqları istifadə edəcəm. Heç bir cəza, sanksiya yaşadığım kabusu həyatımdan silməyəcək - bunu çox yaxşı bilirəm. Amma bu həyatda mahnılarla, kəlimələrlə ünsiyyət qura bildiksə və özümü az da olsa izah edə bildimsə, gücümü özüm qədər sizdən də aldığımı bilirsiz. Mənə tətbiq edilən qorxunc şiddət qarşısında dilsiz qalmamağı seçirəm! Bəziləri heç sevilməməyi öyrənməmiş ola bilər, amma məncə eşqin bununla heç bir əlaqəsi yoxdur"!

News24.az