Lənkəran sakini həmkəndlisini odlu silahla hədələdi
    • 28-05-2021, 11:53
    • 410

Lənkəran sakini həmkəndlisini odlu silahla hədələdi

Lənkəran rayonunda xuliqanlıq hadisəsi olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə mayın 27-i saat 1 radələrində Boladi kəndi ərazisində kənd sakini S.Bağırovun xuliqanlıq zəminində həmkəndlisi Ş.Nəsirovu ov tüfəngi ilə hədələməsi barədə məlumat daxil olub.

Aparılan profilaktik tədbirlər nəticəsində S.Bağırov müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.