"Azərsu"nun əməkdaşı iş yerində intihar etdi
    • 28-05-2021, 14:35
    • 453

"Azərsu"nun əməkdaşı iş yerində intihar etdi

Saatlı rayonunda intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir. /Report.az/