Şair Zəki İslam vəfat edib
    • 2-11-2018, 10:39
    • 2 402

Şair Zəki İslam vəfat edib

Ötən gün Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı Zəki İslam (Yusifov Zəki İslam oğlu) dünyasını dəyişib. 

Mərhumun 3-7 mərasimi 06.11.2018-ci il tarixində Gənclik metrostansiyasına yaxın Dədə Qorqud parkının yaxınlığında yerləşən Tural Mərasim Evində keçiriləcək. 
Şairin vəfatından kədərlənən Cil kənd sakinləri doğmalarına baş sağlığı verdiklərini bildirirlər.

Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü olub. Şeirlərini əsasən dini mövzuda yazıb. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifi olub.
Zəki İslam məşədi, kərbəlayi və hacı idi.